İran yeni peyvəndini sınaqdan keçirir - “RAZİ COV İRAN”
 
Son sutka ərzində İranda 27 min 579 nəfər koronavirusa yoluxub, 583 nəfər isə bu xəstəlikdən həyatını itirib.
 

AzərTAc xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin bu gün yaydığı açıqlamasında deyilir. 
Bununla da İranda COVID-19-a yoluxanların ümumi sayı 5 milyon 168 min 986 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 111 min 257-ə çatıb.
 
Ölkə üzrə xəstəxanalarda müalicə alan 7 min 628 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 4 milyon 394 min 83 nəfər sağalaraq evə buraxılıb.
 
Nazirliyin açıqlamasında o da bildirilib ki, ölüm hallarının 95 faizi koronavirusun “delta” ştammına yoluxanlar arasında müşahidə edilir.
 
İran Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Razi” Elmi Tədqiqat İnstitutu hazırladığı “Razi Cov İran” peyvəndinin kliniki sınaqlarına başlayıb. Bu barədə məlumat verən nazir Cavad Səcdatinecat qeyd edib ki, qış aylarına kimi institut 20 milyon doza peyvənd istehsal edəcək. Hazırda 20 min könüllü üzərində yeni peyvənd sınaqdan keçirilir. Nazir sınaqların uğurla keçəcəyinə əminlik ifadə edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.