
Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Agentlik Şimali Koreyada Fəhlə Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun mayın 12-də keçirilən iclası ilə bağlı süjet yayıb. Görüntülərdə Kim Çen Inın sadə mavi-ağ tibbi maska taxdığı diqqət çəkib.
Xatırladaq ki, Şimali Koreyada COVID-19-un “Omikron” variantına ilk yoluxma halı qeydə alınıb. Daha dəqiq desək, ölkə hakimiyyəti belə qənaətə gəlib ki, mayın 8-də Pxenyanda qızdırması olan xəstələrdən götürülən nümunələr “Omikron”la eynidir.
Ona görə də hökumət “maksimum fövqəladə vəziyyət” üçün virusa nəzarət sisteminin tətbiq olunduğunu elan edib.
Onu da qeyd edək ki, 2020-ci ilin yanvar ayının sonundan koronavirusla əlaqədar KXDR-in sərhədləri əcnəbilər və ölkə vətəndaşları üçün tamamilə bağlanıb.
