ABŞ İranı yekun qərar verməyə çağırdı
NÜVƏ SAZİŞİ İLƏ BAĞLI
ABŞ İranı nüvə sazişinin bərpası ilə bağlı qərara verməyə çağırıb.
 
Bunu ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib.
 
Rəsmi hesab edir ki, bu məsələ ilə bağlı razılaşma hələ də təmin edilməyib.
 
"İran razılaşmadan kənar şərtlərdə israr edib-etməyəcəyinə və tezliklə razılaşmaya nail olmaq barədə qərar verməlidir. ABŞ və onun tərəfdaşları buna çoxdan hazırdır. İndi iş İrandan asılıdır", - diplomat qeyd edib.
 
“Report” xatırladır ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar.
 
2018-ci ilin mayında ABŞ İrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldıldığını elan edib.
 
Hazırda İrana qarşı sanksiyaların ləğvi üçün Vyanada danışıqlar davam edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.