G7 ölkələri Ukraynaya silah və maliyyə... RUSİYAYA İSƏ DAHA SƏRT SANKSİYALAR VƏD ETDİLƏR
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynanın sərhədinin dəyişdirilməsini tanımadıqlarını bəyan ediblər.
 
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok G7-nin xarici işlər nazirlərinin Berlində keçirilən qeyri-rəsmi toplantısından sonra deyib.
 
Onun sözlərinə görə, G7-nin XİN başçıları Ukrayana lazım olan silah-sursatı tədarük edəcəklərinin bir daha təsdiqləyiblər. Nazirlər bildiriblər ki, Ukraynadakı vəziyyət qlobal iqtisadiyyatın inkişaf perspektivini pisləşdirib.
 
Qeyd edək ki, G7 ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi də verəcəklər.
 
G7 ölkələri eyni zamanda Rusiya Federasiyasının asılı olduğu sektorlara qarşı sanksiyaları genişləndirmək barədə bəyanat qəbul ediblər.
 
Bəyanatda deyilir: “Biz Rusiyaya iqtisadi və siyasi təzyiqləri daha da artırmaq əzmində olduğumuzu bir daha təsdiqləyirik”.
 
G7 ölkələri həmçinin Çini Rusiya Federasiyasına kömək etməməyə çağırıblar.
 
Xatırladaq ki, G7 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.