Dünyanın ən zəngin yeddi ölkəsi şənbə günü “Rusiyanın Ukraynada müharibə yolu ilə yaratmağa çalışdığı sərhədləri heç vaxt tanımayacaqlarını” bəyan edərək, Kiyevə ciddi dəstək vəd ediblər.
Turan xəbər verir ki, bu barədə Almaniyada keçən üçgünlük G7 görüşlərinin yekunları üzrə bəyanatda deyilir.
“Biz Rusiyanın hərbi təcavüz yolu ilə dəyişməyə çalışdığı sərhədləri heç vaxt tanımayacağıq və Ukraynanın, o cümlədən Krımın və bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyimizi qoruyacağıq”, - deyə Dövlət Departamentinin adından yayılan bəyanatda bildirilib.
Bəyanatda həmçinin Ukraynaya hərbi yardımın “lazım olduğu qədər” davam etdiriləcəyi vəd edilib.
G7 ölkələri Rusiyanın dezinformasiyasının qarşısını alacaqlarını bildirərək, Çini Moskvaya kömək etməməyə, Rusiyanın müharibəsinə haqq qazandırmamağa çağırıblar. G7 ölkələri Çini Ukraynanın suverenliyini dəstəkləməyə dəvət edərək, Ukraynaya qarşı səbəbsiz müharibənin bütün dünyanı təhdid etdiyini, ciddi ərzaq və enerji böhranına səbəb olduğunu bildiriblər.
Dövlət Departamentinin bəyanatında deyilir ki, onlar Ukrayna xalqını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər.