Bağdadda yerləşən beynəlxalq aeroportun rəhbərliyi İraqı cənginə alan qum fırtınası səbəbindən hava limanın işinin dayandırıldığını elan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aeroport administrasiyasının məlumatına görə, görüntü səviyyəsinin aşağı düşməsi səbəbindən paytaxtla hava əlaqəsi tam kəsilib. Hazırda şəhər ərazisində görüntü məsafəsi 300 metrdən də aşağıdır. Həmçinin küləyin səhradan sovurub gətirdiyi toz səbəbindən Səhiyyə Nazirliyinin departamentləri istisna olmaqla, dövlət müəssisələrinin əksəriyyəti bağlanılıb, bu günlərə təyin olunan bütün orta və ali məktəb imtahanları ləğv edilib.
Ölkənin bəzi regionlarında da analoji vəziyyət hökm sürür. Əlverişsiz hava şəraiti, əsasən Nəcəf, Vasit, Əd-Divaniyə, Kərkük və Diyala əyalətlərində kommunal xidmətlərin işini artırıb.
Nəcəf və Süleymaniyyə şəhərlərindəki aeroportlar da bağlanıb.
Aprel ayından bəri İraqda hava limanlarının fəaliyyətinin dayanması ilə nəticələnən bir neçə qum fırtınası baş verib. Bu təbiət hadisəsi həm sakinlərə, həm də dövlət müəssisələrinə çoxlu problemlər yaradır.