Belarus sanksiyalar səbəbindən ildə 16-18 milyard dollar itirir
Qərbin sanksiyaları səbəbindən Belarus iqtisadiyyatına dəyən zərər ildə 16-18 milyard dollara bərabərdir.
 
Bunu Belarusun Baş naziri Roman Qolovçenko “Al Arabiya” telekanalına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, hazırda Belarusun Avropa İttifaqı və Şimali Amerika ölkələrinə ixracatı tam bloklanıb. Baş nazir Minskin iqtisadi itkiləri kompensasiya etmək üçün ixrac axınını digər bazarlara, o cümlədən Asiya, Afrika, Yaxın Şərq və Ərəb körfəzi ölkələrinə istiqamətləndirməyə hazır olduğunu qeyd edib.
 
Roman Qolovçenko, həmçinin Qərbin sanksiyalardan hibrid təcavüz aləti kimi istifadə etdiyini də vurğulayıb.
 
“Biz sanksiyaları təkcə təzyiq kimi deyil, həm də hibrid təcavüz aləti kimi şərh edirik. Bu, yəqin ki, klassik silahlı təcavüzdən öncəki son mərhələdir. Hazırkı sanksiyaların məqsədi ölkəni diz çökdürmək, iqtisadi cəhətdən boğmaq, tələb və ya şərtlərin zorakı yolla yerinə yetirilməsinə nail olmaqdır”, - deyə Belarusun baş naziri bildirib.
 
AZƏRTAC xatırladır ki, mayın 8-də ABŞ Dövlət Departamenti viza və digər fərdi məhdudiyyətlər də daxil olmaqla Rusiya və Belarusun çox sayda hökumət nümayəndəsinə və hərbi qulluqçusuna qarşı sanksiyalar tətbiq edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.