İrəvanda polislə müxalifətçilər arasında dava - 300-ə YAXIN SAXLANILAN VAR
YENİLƏNİB, VİDEO
İrəvandakı Fransız meydanında keçirilən etiraz aksiyasında vətəndaşları itaətsizliyə çağıran müxalifət fəalları ilə polis arasında gərginlik yaşanıb.
 
Yerli media polisin daşnak vitse-spiker İşxan Saqatelyana qarşı güc tətbiq etdiyini yazıb. Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Saqatelyanın təhqiramiz söz işlətdiyini iddia ediblər. Qarşı tərəf də bunun əksini deyib.
 
"Fransa meydanı yaxınlığında polis nalayiq ifadələr işlədən vətəndaşı bölməyə aparmaq istəyib. Deputat Artur Kazinyan onlarla danışıqlar aparmağa çalışıb. Lakin əraziyə əlavə polis qüvvələri cəlb edilib. Nəticədə onlarla fəallar arasında əlbəyaxa dava düşüb. Saqatelyan araya girib tərəfləri ayırmağa çalışsa da, ehtiraslar getdikcə daha da qızışıb. Deputatlar Saqatelyanı kənara çəkiblər. İşxan Saqatelyanla polis arasında mübahisə düşüb. Deputat polislərdən kimin onlara xuliqan dediyini soruşub və qeyd edib ki, "Kim camaatla belə danışırsa, ona barmaq silkələyəcəyəm. Xuliqanlıq bilirsiniz nə deməkdir? Siz özünüz xuliqanlıqla məşğulsunuz”. Bundan sonra vitse-spikerə qarşı güc tətbiq olunub", - saytlar yazıb.
 
Bir az əvvəl Ermənistan Polisinin mətbuat xidməti müxalifət qüvvələrinin 300-ə yaxın tərəfdarının saxlanılaraq bölmələrə aparıldığı barədə məlumat yayıb.
 
"Saat 10:30-a olan məlumata görə polisin qanuni tələblərinə tabe olmayan 277 vətəndaş müxtəlif polis bölmələrinə təhvil verilib", - məlumatda deyilir.
 
Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalif "Müqavimət" hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.


**10:37

Ermənistan polisinin xüsusi bölmələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın bir sıra küçələrini bağlamağa çalışan müxalif “Müqavimət” hərəkatının fəallarını saxlamağa başlayıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, paytaxtın mərkəzi küçələrində tıxac yaranıb, hüquq-mühafizə orqanlarının əməkdaşları yolları açmağa çalışırlar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.