Dnestryanı bölgədə Rusiya qoşunlarının olması Moldovanın neytral statusuna ziddir.
TASS-ın məlumatına görə, bunu Moldova Prezidenti Maya Sandu bəyan edib.
“Konstitusiyaya görə, Moldova neytral ölkədir və bunu vətəndaşları da dəstəkləyir. Lakin Rusiya hərbçilərinin Dnestryanı bölgədə olması neytrallığı və müstəqilliyimizi pozur. Ona görə də biz Rusiya hərbçilərinin ölkəmizin ərazisindən çıxarılmasını tələb edirik”, - deyə o, Avropa parlamentində keçirilən plenar iclasda bildirib.