Avropa bazarlarında təbii qazın qiymətindəki artım davam edir.
Oxu.az bildirir ki, London əmtəə birjasındakı (ICE) bugünkü ticarət sessiyasında oktyabrda tədarük olunacaq mavi yanacağın 1 000 kubmetrinin dəyəri 650 dolları ötüb.
Tarixi rekord 658.7 dollar səviyyəsində qeydə alınıb.
Bahalaşmaya səbəb Avropada qaz ehtiyatlarının azalması, həmçinin “Şimal axını 2” layihəsi ilə bağlı yayılan xəbərlər olub.