Eduard Şarmazanov ABŞ səfirini "ikiüzlü" adlandırdı
“ONUN BƏYANATININ DEMOKRATİYA İLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR”

Ermənistan parlamentinin keçmiş vitse-spikeri və Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov ABŞ-ın Ermənistandakı səfiri Lin Treysini tənqid edib. 

 

Yerli mediaya açıqlama verən Şarmazanov səfirin İrəvanla bağlı bəyanatını ikiüzlü gediş adlandırıb.

“Bu çox acınacaqlı bəyanatdır, ikili standartlardır. Mənim üçün Ermənistanda demokratiya və insan haqlarını dəstəkləyəcək Qərb və Avropa strukturları və ya səfirlikləri praktiki olaraq yoxdur”, - Şarmazanov müxalifətin yürüşü zamanı jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, əvvəllər kiminsə hüququ bu və ya digər dərəcədə pozulanda səhərdən axşama kimi bu haqda danışırdılar.

 

“Məsələn, transgenderlərin və ya digər cinsi azlıqların hüquqları pozulanda bu belə idi. İndi isə hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz olaraq zorakılıq tətbiq edəndə, vətəndaşları saxlayıb həbsə atanda amerikalı diplomat susur. O müsahibəsində demokratiyadan danışıb? ABŞ səfirinin dünənki açıqlaması ikiüzlülük və ikili standartlardan başqa bir şey deyil. Bu bəyanatın demokratiya ilə heç bir əlaqəsi yoxdur”, - deyə Şarmazanov vurğulayıb.

 

Şarmazanov qeyd edib ki, bu bəyanatlar geosiyasi maraqlarla bağlıdır. Siyasətçinin fikrincə, Paşinyan Ermənistanın xarici siyasət vektorunu Qərbə, əslində isə Türkiyəyə yönəltməyə çalışır.

 

Azvision.az xatırladır ki, ABŞ səfiri Lin Treysi "Armenpress"ə verdiyi müsahibədə dolayısı yolla indiki hakimiyyətin fəaliyyətindən razı qaldıqlarını bəyan edib. O qeyd edib ki, Birləşmiş Ştatlar erməni xalqının 2018-ci ildə seçdiyi və 2021-ci ildə parlament seçkilərində bir daha təsdiqlədiyi ümumi demokratik dəyərlərə və bu yola əsaslanan bir gələcək qurmağa kömək etmək öhdəliyinə sadiqdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.