ABŞ Senatı Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, layihə lazımi səs çoxluğunu toplayıb.
Xatırladaq ki, Konqresin aşağı palatası qanun layihəsini ötən həftə təsdiqləmişdi.
Paketə Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlar, o cümlədən bu və ya digər şəkildə bu ölkədəki vəziyyətlə bağlı müxtəlif ayırmalar daxildir.
Sənəd imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək.