Bayden Şərqi Asiyaya getdi - CƏNUBİ KOREYA VƏ YAPONİYADA OLACAQ

ABŞ Prezidenti Cozef Baydenin mayın 20-də Şərqi Asiya ölkələrinə - Cənubi Koreya və Yaponiyaya səfəri başlayıb.

 

Məlumatı Ağ Ev yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində o, Cənubi Koreya lideri Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşəcək.

 

Məlumata görə, görüşlər zamanı tərəflər arasında təhlükəsizlik münasibətlərinin dərinləşdirilməsi, iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

 

Bildirilib ki, Cozef Bayden Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq Qrupunun (QUAD) liderləri ilə Tokioda görüş keçirəcək. Qeyd olunub ki, görüşdə Avstraliyadan Baş nazir Skott Morrison, Hindistandan Baş nazir Narendra Modi və Yaponiyadan Baş nazir Fumio Kisida iştirak edəcəklər.

 

“Report” xatırladır ki, QUAD 2007-ci ildə Yaponiyanın Baş naziri Sindzo Abe tərəfindən ABŞ-ın vitse-prezidenti Dik Çeyni, Avstraliyanın Baş naziri Con Qorvard və Hindistanın Baş naziri Manmoxan Sinqhin dəstəyi ilə təsis olunub.

 

Avstraliya iştirakdan imtina etdiyi üçün qrup 2008-ci ildə fəaliyyətini dayandırıb. 2017-ci ilin noyabrında isə ABŞ Prezidenti Donald Tramp administrasiyası qrupun fəaliyyətinin yenidən bərpa edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.