Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Stenli Consona Fransa vətəndaşlığı verilib.
Bu barədə “BFM” telekanalına Stenli Consonun özü məlumat verib. 81 yaşlı yeni Fransa vətəndaşının dediyinə görə, o, anasının doğulduğu Fransa ilə əlaqələrini bu yaxınlarda bərpa edib.
Stenli Conson qeyd edib ki, oğlu, Britaniyanın indiki Baş naziri avtomatik olaraq Fransa vətəndaşlığı almaq hüququna malik olmayacaq. “Avropa İttifaqının ərazisində olmaqdan şadam”-deyən Stenli Conson xatırladıb ki, o, Avropa Komissiyasının ilk britaniyalı işçilərindən biri olub, sonra isə Avropa Parlamentinin üzvü olub və Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına qarşı çıxıb.