ABŞ Prezidenti Co Baydenin Rusiya ərazisinə daxil olması rəsmən qadağan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Ümumilikdə 963 ABŞ vətəndaşına tətbiq edilən “Stop siyahısı”na ABŞ-ın bir sıra digər yüksək rütbəli rəsmiləri də daxil edilib: Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli.
Rusiya XİN-dən bunun ABŞ-ın tətbiq etdiyi anti-Rusiya sanksiyalarına cavab olaraq edildiyi bildirilib.
Məlumatda vurğulanıb ki, Rusiya qarşıdurmaya can atmır və hər zaman Amerika xalqını rusofobiyanı qızışdıran ABŞ hakimiyyət orqanlarından və onlara xidmət edənlərdən ayıraraq, dürüst, qarşılıqlı hörmət əsasında dialoqa açıqdır.