Paşinyanın iqamətgahına çatan etirazçılar təxminən 30 dəqiqə dayanıb və “Nikol satqındır” şüarı səsləndiriblər.
“RİA Novosti” xəbər verir ki, polis və xüsusi təyinatlıların mühasirəyə alması səbəbindən iqamətgahın ərazisinə daxil olmaq mümkün olmayıb.
“Biz bura bir mesajla gəlmişik: sənin heç bir razılaşma üçün mandatın yoxdur, onların hamısı etibarsız sayılacaq... Sən getməlisın”, - deyə Paşinyana müraciət edən parlamentin vitse-spikeri daşnak İşxan Saqatelyan bildirib.
“Bir yolun var – tez və təlatümsüz get. Və ölkədə sabitliyi pozmağa çalışma, sən qansız getməlisən, axıtdığın qanlar bəsdir”, - Saqatelyan əlavə edib.
Bundan sonra etirazçılar baş nazirin iqamətgahını tərk edərək, İrəvan küçələri ilə yürüşlərini davam etdiriblər.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə bildirib ki, aksiyada təxminən 40 min nəfər iştirak edir: "Ən təvazökar hesablamalara görə, hazırda İrəvanda “Müqavimət” hərəkatının yürüşündə 40 mindən çox insan iştirak edir. Etirazçıların sayı yeni iştirakçılarla artır".
**20:41
İrəvanda Fransa meydanındakı mitinqdən sonra müxalifətin baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüşü başlayıb.
Senzor.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Etiraz yürüşünü avtomobillər müşayiət edir.
Polis etirazçılar üçün yol boyu dəhliz açıb, hiss olunur ki, onlar yürüşə müdaxilə etməkdə həvəsli deyillər.