Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında daha 12 terrorçu zərərsizləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, terrorçular Suriya ərazisində “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatlarının keçirildiyi bölgədə məhv edilib. Onların türk hərbiçilərinə qarşı terror aktı planlaşdırdıqları müəyyənləşdirilib.