Prezident Volodimir Zelenski Ukraynadakı Polşa vətəndaşları üçün xüsusi statusun tətbiq olunduğunu açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirin “Teleqram” kanalında məlumat paylaşıb.
Qeyd olunub ki, dövlət başçısı müvafiq qanun layihəsini Ali Radaya təqdim edəcək.
Prezident yaxın vaxtlarda Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu ilə bağlı qanun layihəsinin parlamentə təqdim ediləcəyini açıqlayıb.
Qanun layihəsinin təfərrüatları hələ açıqlanmır.
Xatırladaq ki, bu gün Polşa Prezidenti Anjey Duda Kiyevdə səfərdədir. O, ötən gün bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün işğal olunmuş ərazilərin Kiyevə qaytarılması ilə başa çatmalıdır.
Bundan əlavə, Duda bu gün parlamentdə çıxış edib və Ukrayna xalq deputatlarına müraciət edən ilk xarici lider olub.