ÜST: Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma artır

Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma hallarının artması müşahidə olunur.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyasında çıxışında deyib.

 

Qebreyesus bildirib ki, bu, koronavirus testinin qlobal azalması fonunda baş verir.

 

ÜST rəhbəri bütün dövlətləri əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvənd olunmasına və infeksiyanın yayılmasını dayandırmaq üçün sanitar məhdudiyyətləri yenidən tətbiq etməyə çağırıb.

 

Qebreyesusun sözlərinə görə, bütün dünyada 2020-ci ilin martından başlayaraq yoluxma ən aşağı səviyyəyə düşsə də, Afrikada xəstəlikdən ölüm halları artıb.

 

"Koronavirus hər dönüşdə sürprizlər təqdim edir və onun intensivliyini proqnozlaşdırmaq hələ də mümkün deyil", - ÜST rəhbəri qeyd edib.

 

“Report” bildirir ki, Ümumdünya Səhiyyə Assambleyası pandemiyanın dərslərini nəzərə almaqla diqqəti qlobal ictimaiyyətin fövqəladə hallara reaksiya verməyə hazırlığının gücləndirilməsinə yönəldəcək. 2019-cu ildən ilk dəfə əyani keçiriləcək illik forumda ÜST-yə üzv olan 194 ölkənin nümayəndələri iştirak edəcək.

 

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal sağlamlığı fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün "yol xəritəsi"ni, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida təhlükəsizliyi strategiyasını müzakirə edəcəklər.

 

Assambleya ÜST-nin ün baş direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-nin hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.