Çavuşoğlu İsrailə gedir
15 İLDƏN SONRA İLK DƏFƏ

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 25-də İsrailə gedəcək. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu, son 15 ildə Türkiyədən İsrailə xarici işlər naziri səviyyəsində ilk səfər olacaq.

 

M. Çavuşoğlu mayın 25-də israilli həmkarı Yair Lapidlə görüşəcək.

 

Nazir jurnalistlərin "İsrailə səfir təyin olunacaqmı'" sualına "İsrailə gedəcəyik. Xarici işlər naziri ilə oturub dəyərləndirəcəyik, sonra qərar verəcəyik",- deyə cavab verib.

 

Çavuşoğlu İsrail səfərindən əvvəl mayın 24-ü Fələstində danışıqlar aparacaq.

 

Qeyd edək ki, Türkiyə və İsrail son zamanlar ikitərəfli əlaqələri inkişaf etdirmək üzərində çalışırlar. Bu kontekstdə enerji potensial əməkdaşlıq sahəsinə çevrilib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında İsraillə enerji əməkdaşlığına “çox ümid etdiyini” və İsrailin Baş naziri Naftali Bennettlə bu məsələni müzakirə edəcəyinə ümid etdiyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.