Şimali Koreya dövləti COVID-19 virusunun yayılmasının qarşının alındığını rəsmən bəyan edib.
Senzor.az bildirir ki, bu barədə ölkənin hakim partiyasının mətbuat orqanı məlumat yayıb.
Bildirilib ki, sərt qapanma nəticəsində xəstəliyin qarşısı çox qısa müddətdə alınıb.
“Pandemiyanın tüğyan etdiyi dövrdə uzun müddət COVID-19-un yoxluğuna görə dünya rekorduna imza atan ölkəmiz virusu ildırım sürəti ilə məhv edib. Bu da min dəfə sübut edir ki, partiyanın epidemiya ilə mübarizədə tutduğu yol doğrudur”, - məlumatda vurğulanıb.
Bununla belə, Şimali Koreyada son 24 saatda 167 mindən çox insan Pxenyanın “qızdırma” adlandırdığı xəstəliklə xəstələnib, 1 nəfər infeksiyanın nəticələrindən dünyasını dəyişib.
Məlumata əsasən, ölənlərin ümumi sayı 68 nəfərə yüksəlib. Başqa sözlə, ölüm göstərici 0,002 faiz təşkil edib.