İran və Oman neft və təbii qaz sahəsində 12 əməkdaşlıq müqaviləsi imzalayıblar.
Senzor.az Omanın ONA agentliyinə istinadən bildirir ki, sənədlər İran Prezidenti İbrahim Rəisi və Oman Sultanı Heysem bin Tariqin iştirakı ilə Maskatdakı Əl Alem sarayında imzalanıb.
Agentlik qeyd edir ki, sahələr üzrə liderlərin görüşü nəticəsində anlaşma memorandumları və dörd əməkdaşlıq sazişi, o cümlədən neft, təbii qaz və nəqliyyat sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb.
Omanın xarici işlər naziri Bədr bin Hamed əl-Busaidi yaxın günlərdə İranla "daha bir sıra anlaşma memorandumları və əməkdaşlıq sazişləri bağlanılacağını" açıqlayıb.
Xatırladaq ki, Rəisi fevral ayında Qətərə səfər etmişdi.
Fars körfəzi ölkələrinə ikinci səfər Omanın payına düşüb.
Senzor.az