Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
TASS xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.
Bildirilir ki, Paşinyan söhbət zamanı mayın 22-si Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə keçirilən görüşü müsbət qiymətləndirib.
Tərəflər, həmçinin Ermənistanda demokratik islahatlar ətrafında fikir mübadiləsi aparıblar.