Monteneqro prezidenti İrəvanda mitinqə görə sürprizlə üzləşdi
İQAMƏTGAHA ARXA QAPIDAN KEÇMƏLİ OLDU

Ermənistan prezidenti Vaaqn Xaçaturyan və Monteneqro prezidenti Milo Cukanoviçin görüşü planlaşdırılan qaydalar üzrə baş tutmayıb. 

 

Bu barədə yerli KİV məlumat yayıb.

 

Qeyd olunub ki, ali qonaq gözlənildiyi kimi, hərbi orkestrin ifasında fəxri qarovul dəstəsi və hər iki ölkənin himnlərinin sədaları ilə qarşılansa da, rəsmi mərasim həmişəki kimi iqamətgahın əsas girişində deyil, arxa həyətdə keçirilib. 

 

O da bildirilib ki, görüş bir gün əvvəl baş tutmalı idi, lakin müxalifətin “Müqavimət” hərəkatı Monteneqro prezidentini ayaq üstə "müşayiət etmək" niyyətində olduğunu açıqlayıb. Bununla da etirazçılar xarici nümayəndə heyətlərinə nümayiş etdirmək istəyiblər ki, ölkə hakimiyyətinin erməni xalqı adından görüşmək və danışıqlar aparmaq səlahiyyəti yoxdur.

 

Həmçinin bildirilib ki, İrəvanda prezident iqamətgahına yürüş planlaşdırılsa da, sonradan hərəkatın koordinatoru daşnak vitse-spiker İşxan Saqatelyan prezidentlərin görüşünün ləğv edildiyini açıqlayıb. Amma müxalifət hökumət binası yaxınlığında piket keçirib. Cukanoviç burada baş nazir Nikol Paşinyanla görüşürmüş.

 

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.