“Böyük ehtimalla son sutkada Rusiya Silahlı Qüvvələri Donbasa hücumun növbəti mərhələsinə başlayıb”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında belə deyilir.
“Ola bilsin, Rusiya qoşunları Donetsk vilayətinin şimalındakı Liman şəhərinin çox hissəsini ələ keçirib. Bundan əvvəl Rusiyanın dəstəklədiyi “Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilin Rusiya dövlətinin nəzarətində olan mətbuata demişdi ki, əgər Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirsə, referendum olacaq. Əgər Rusiya bu əraziləri ələ keçirə bilsə, çox güman ki, Kreml bunu əhəmiyyətli nailiyyət kimi ictimailəşdirəcək və işğalına haqq qazandırmaq üçün istifadə edəcək. Hərçənd Ukrayna Silahlı Qüvvələri müdafiəni mütəşəkkil şəkidlə davam etdirir və Rusiya ciddi itki verir”, - məlumatda bildirilib.