ABŞ Prezidenti Co Bayden bu dəfə Şimali Koreya ilə Cənubi Koreyanı səhv salıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Bayden Şimali Koreyanı Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr sırasına daxil edib.
Belə ki, Annapolisdə Hərbi Dəniz Akademiyasının məzunları ilə görüşdə o, ölkənin Rusiya Federasiyasına təzyiq kampaniyasına qoşulduğunu bildirib: “Kimsə düşünə bilərdimi ki, mən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıranda bu, NATO-dan başqa Avstraliya, Yaponiya, Şimali Koreya və bəzi ASEAN (Association of Southeast Asian Nations) ölkələri tərəfindən də dəstəklənəcək?”
Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl - Cənubi Koreyaya səfəri başlayanda ölkənin hazırkı lideri Yun Sok Yol və keçmiş dövlət başçısı Mun Çje İnin adlarını qarışdırmışdı.
“Hamınız çox sağ olun, Prezident Mun… Yun, gördüyünüz hər bir işə görə təşəkkür edirəm”, – deyə ABŞ Prezidenti “Samsung”un mikrosxem istehsalı zavodunu ziyarət etdiyi zaman Yun Sok Yol ilə görüşündə demişdi...