Ukraynanın beşinci prezidenti, “Avropa Həmrəyliyi”nin lideri Pyotr Poroşenko iki gün ərzində iki dəfə sərhəddən Polşaya keçməyə cəhd edib.
Yerli medianın yazdığına görə, dünənki uğursuz cəhddən sonra Poroşenko yenidən "Rava Russkaya" keçid məntəqəsinə gəlib. Eks-prezident və onu müşayiət edən şəxslər sərhədə üç maşınla gəliblərmiş.
Poroşenko pasportunu sərhədçilərə göstərib partiya adından Avropaya getmək istədiyini desə də, geri qaytarılıb.