Belarus hökuməti Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonunda giriş-çıxışı məhdudlaşdırıb və sərhəd zolağına keçidləri dayandırıb.
“Korrespondent” nəşrinin yazdığına görə, bu barədə Belarusun Sərhəd Komitəsi məlumat yayıb.
“Sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə 2022-ci il iyunun 1-dən avqustun 31-dək Qomel vilayətinin Bragin, Loyevski və Xoinitski rayonlarının ərazisində vətəndaşların sərhəd zolağına girişi müvəqqəti olaraq məhdudlaşdırılır”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Belarusun Xoinitski və Braginski rayonları Kiyev vilayəti ilə, Loyevski isə Çerniqov vilayəti ilə həmsərhəddir.
Onu da xatırladaq ki, bu həftənin əvvəlində Belarus lideri Aleksandr Lukaşenko Cənub hərbi komandanlığının yaradılması barədə göstəriş verib .
O bildirib ki, yeni əməliyyat komandanlığının yaradılmasını gözləmədən Ukrayna sərhədinə yeni bölmələr göndərilməlidir.