Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının rəhbərliyi Pəncşir əyalətinə yeni qubernator təyin edib.
“Taliban”ın sözçüsü Hənəfi Vardakın “Twitter”də yazdığı məlumatda belə deyilir.
"Mövləvi Qüdrətullah Pəncşirin yeni qubernatorudur, hazırda o, təhlükəsizliyi təmin etmək üçün bölgədədir", - Vardak yazıb.
Onun sözlərinə görə, “Taliban” sakinlərin evlərinə təhlükəsiz qayıtmaları üçün əyalətdə hazırlıq işləri aparır. Həmçinin, təhlükəsizlik məqsədi ilə Pəncşirin müxtəlif yerlərinə 400-dən çox yaraqlı yerləşdirilib.
Azvision.az xatırladır ki, dünən "Taliban" Əfqanıstanın yeni hökumətinin tərkibini açıqlayıb.