Braziliyada növbəti leysan fəlakəti
DAHA 35 NƏFƏR ÖLDÜ

Braziliyanın şimal-şərqində leysan yağışları azı 35 nəfərin həyatına son qoyub.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, leysan yağışları Atlantik okeanı sahilindəki iki böyük şəhərdə müşahidə olunub.

 

Təbii fəlakət nəticəsində ölənlərdən 33 nəfər Pernambuku ştatından, iki nəfər isə qonşuluqda yerləşən Alaqoas ştatındandır.

 

Bildirilib ki, azı 765 nəfər müvəqqəti olaraq öz evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Qeyd edək ki, ötən ilin dekabr və bu ilin yanvar aylarında Braziliyanın şimal-şərqində yerləşən Bahia ştatında leysan yağışları nəticəsində onlarla insan həlak olmuş, on minlərlə insan didərgin düşmüşdü.

 

Bundan əlavə, yanvarın sonunda San-Paulu ştatının cənub-şərqində baş verən daşqınlar nəticəsində azı 18 nəfər həlak olmuşdu. Fevral ayında isə Rio-de-Janeyro əyalətində dağlara yağan leysan 230-dan çox insanın həyatına son qoymuşdu.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.