"Rusiya ilə Ukrayna arasındakı müharibənin ən qısa zamanda sülhlə sona çatacağını arzulayırıq, amma görünən odur ki, bu iş hər keçən gün mənfi istiqamətdə davam edir".
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.
"Bazar ertəsi həm Rusiya, həm də Ukrayna ilə telefon danışığım olacaq. Biz tərəfləri dialoq və diplomatiya kanallarından istifadəyə təşviq etməyə davam edəcəyik", - Ərdoğan vurğulayıb.