Nepalda radarlardan itən “Tara Air” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, təyyarədə olan 22 nəfərdən heç biri sağ qalmayıb.
Nepal quru qüvvələrinin sözçüsü, briqada generalı Narayan Silval "Twitter” səhifəsində Mustanq bölgəsində tapılan təyyarənin qalıqlarının fotosunu paylaşıb.
Crash site: Sanosware, Thasang-2, Mustang pic.twitter.com/OcN93N1Qyb
— NASpokesperson (@NaSpokesperson) May 30, 2022
Məlumata görə, təyyarə Pokhara şəhərindən Comsoma uçdurmuş. Uçuşdan bir neçə dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib.
Axtarış əməliyyatında Nepal ordusunun xüsusi qrupu iştirak edib.
Xatırladaq ki, təyyarədə 3 ekipaj üzvü və 19 sərnişin, o cümlədən 13 Nepal, 4 Hindistan və 2 Almaniya vətəndaşı olub.