Meksikanın cənub-qərbində baş verən güclü zəlzələdən sonra ölkədə 1,6 milyona yaxın insan işıqsız qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə elektrik enerjisi üzrə federal komissiya məlumat yayıb.
“Mexiko şəhərində, Mexiko, Gererro, Morelos və Oaxaka ştatlarında 1 milyon 600 min istehlakçı zərər çəkib. Bu, həmin ştatlarda və paytaxtda ümumi istehlakçıların 13 faizi qədərdir”, - deyə komissiyanın saytındakı məlumatda bildirilib.
O da vurğulanıb ki, mütəxəssislər hazırda elektrik təchizatının təcili bərpası ilə məşğuldurlar.
Xatırladaq ki, sentyabrın 7-də axşam saatlarında Meksikada 7,1 bal gücündə zəlzələ olub. Bunun ardınca saatyarım ərzində aşağı gücdə təkanlar baş verib. Hökumətin ilkin məlumatına görə, Gererroda bir nəfər həlak olub, ciddi dağıntılar yoxdur.