Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident iclasda xarici siyasət və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinin müzakirəsini təklif edib.
"Biz bir-biri ilə əlaqəli olan bir neçə məsələni müzakirə edəcəyik. Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasının işi çərçivəsində ən mühüm iki sahəni - Rusiyanın xarici siyasəti və təhlükəsizliyinin təmin edilməsi məsələlərini nəzərdə tuturam", - Putin bildirib.
Bundan sonra o, xarici işlər naziri Sergey Lavrova çıxış etməyi təklif edib. XİN rəhbəri məruzə ilə çıxış edib.