Liviya xüsusi xidmət orqanları Bəni-Vəlid şəhərində İŞİD-in ən təhlükəli terrorçularından sayılan Umbarak Xəzmini ələ keçiriblər.
Axar.az xəbər verir ki, Xəzmi terrorçuların Bəni-Vəlid şəhərinə yerləşdirilməsinə məsul imiş.
Liviya Baş naziri Əbdülhəmid Dibeybə bildirib ki, indi hüquq-mühafizə orqanlarının əməkdaşları terrorla mübarizəni gücləndirmək üçün vacib məlumatlar əldə edə biləcəklər.