Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Ankarada birgə mətbuat konfransı keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, liderlər təkbətək və geniş tərkibdə danışıqlardan sonra mətbuata bəyanatlarla çıxış ediblər.
**20:41
İyunun 1-də Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ankarada ali qonağın rəsmi qarşılanma mərasimi keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan hörmətli qonağı Prezident Kompleksinin əsas girişində qarşılayıb.
Ənənəvi protokol qaydalarının icrasından sonra Türkiyə nümayəndə heyətinin üzvləri Baş nazir Şərifə, Pakistan nümayəndə heyəti isə Türkiyənin liderinə təqdim olunub.
Sonra Ərdoğan və Şərif arasında təkbətək görüş başlayıb.
Daha sonra liderlərin geniş tərkibdə görüşü və birgə mətbuat konfransı gözlənilir.
Senzor.az