ABŞ Ermənistana yeni səfir göndərir. Vaşinqtonun Ukraynadakı səfirinin müavini Alan Pursel isə əsas namizəddir.
Bu barədə Ermənistanın məşhur “Joğovurd” qəzeti məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadən edərək yazıb ki, ABŞ-ın İrəvandakı diplomatik missiyasının hazırkı rəhbəri Lin Treysinin səlahiyyət müddəti iki aydan sonra başa çatacaq.
Müəllif iddia edir ki, hazırda Kiyevdə ABŞ-ı təmsil edən Bridcet Brinkin müavini Purseldən başqa Treysini əvəz edə biləcək namizəd yoxdur.
“Ukraynada “od-alovdan” keçmiş amerikalı diplomat Ermənistandakı diplomatik missiyaya rəhbərlik edəcək”, - qəzet yazıb.
Azvision.az xatırladır ki, bu, amerikalı diplomatların Ermənistan və Ukraynada ilk yerdəyişmə hadisəsi deyil. ABŞ-ın Kiyevdəki diplomatik missiyasının əvvəlki rəhbəri Mari Yovanoviç ondan əvvəl Ermənistanda səfir olmuşdu.