Polşa ukraynalı qaçqınlara müavinət ödəməyi dayandıracaq

Polşa iyulun 1-dən etibarən ukraynalı qaçqınlara müavinət ödəməyi dayandırmaq niyyətindədir.

 

Bu barədə “Rzeczpospolita” qəzeti Polşa daxili işlər nazirinin müavini Pavel Şefernakerə istinadla məlumat yayıb.

 

“İyulun 1-dən hökumət Ukraynadan olan qaçqınlara müavinət ödəməyəcək. Ukraynalı qaçqınların çoxu adaptasiya oluna və pul qazana bilər”, - deyə nazir bildirib. 

 

Onun sözlərinə görə, fevralın 24-dən sonra Ukraynadan Polşaya gələn hamilə qadınlara və çoxuşaqlı analara, həmçinin əlillərə gündə 40 zlotı (təxminən 9,5 ABŞ dolları) həcmində müavinətlərin ödənilməsi davam edəcək.

 

Bundan öncə Polşanın ikinci ən böyük şəhəri olan Krakovun hakimiyyət orqanları iyunun 1-dən ukraynalı qaçqınların ictimai nəqliyyatdan pulsuz istifadəsini ləğv edib.

 

Rəsmi məlumata görə, müharibə başlayandan indiyədək Polşaya 3,57 milyondan çox ukraynalı qaçqın gəlib ki, onların da 2 milyonu bu ölkədə qalmaq istəyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.