Türkiyədə bir neçə bölgəni toz dumanı bürüyüb.
APA xəbər verir ki, Hatayın şəhər mərkəzi və rayonları, Adıyaman, Hakkari, Qaziantep, Kilis və bir çox yerlərdə toz dumanı müşahidə edilir.
Meteroloqlar bu cür havanın Suriyadan gəldiyi qənaətindədirlər.
Vətəndaşlara evdən çölə çıxmamaq tövsiyə edilir.
Adıyamanda günorta saatlarından bəri davam edən tozlu hava səbəbilə görmə məsafəsi azalıb.
Bu cür havanın sabah axşam saatlarına qədər davam edəcəyi proqnoz edilir.