Qırğızıstan-Tacikistan sərhədində atışma baş verb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Qırğız Respublikası Sərhəd Xidmətinin mətbuat mərkəzi yayıb.
Məlumata görə, Tacikistan sərhədçilərinin qanunsuz olaraq Qırğızıstanın Batken vilayətinin eyniadlı rayonunun Bulakbaşı yaşayış yerinə keçdikləri aşkarlanıb. Qırğız hərbçilər Tacikistan sərhədçilərinin ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq ediblər. Amma bunun qarşılığında Tacikistan sərhədçiləri atəş açıblar.
Nəticədə qırğızların iki hərbçisi yaralanıb. Qırğız Respublikası Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, yaralılardan birinin vəziyyəti ağır, o birininki isə orta-ağır kimi qiymətləndirilir.
Son məlumata görə, Tacikistan Qırğızıstanla sərhəddəki münaqişə bölgəsinə ağır texnika cəmləyir.