Kapitol binasının qarşısında şübhəli silahlı şəxs saxlanıldı

ABŞ polisi cümə günü, iyunun 3-də Vaşinqtonda Kapitol - Amerika Konqres Binası yaxınlığında avtomobilini park edən şəxsi saxlayıb, onun üzərində və maşınında saxta şəxsiyyət vəsiqəsi, pnevmatik tapança, gülləkeçirməz jilet və döyüş sursatları aşkar edilib.

 

Lenta.ru bildirir ki, bu barədə hüquq-mühafizə orqanının saytında məlumat verilib.

 

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla səhər saat 5:00-da növbətçi polis əməkdaşı avtomobilini Kapitolinin yaxınlığında park edən miçiqanlı şəxsə yaxınlaşıb. Həmin şəxs özünü cinayət işi üzrə müstəntiq kimi təqdim edərək, polis əməkdaşlarına üzərində “İnterpol İdarəsi” yazılmış saxta vəsiqə göstərib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına onun avtomobilinə baxış keçirməyə icazə verib.

 

Həmin şəxsin üzərindən saxta şəxsiyyət vəsiqəsi, pnevmatik tapança, gülləkeçirməz jilet, iri tutumlu silahlar və digər döyüş sursatları aşkar edilib. Saxlanılan şəxsin Nyu-Yorkdan olan təqaüdçü polis Cerom Felipe olduğu ortaya çıxıb. Həmin şəxs qeyri-qanuni olaraq iri tutumlu silahlar və qeydiyyatdan keçməmiş sursat saxlamaqda şübhəli bilinir. Müstəntiqlər Felipenin avtomobilini niyə ABŞ Kapitolunun yaxınlığında saxladığını araşdırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.