Albaniya Xalq Assambleyasının (birpalatalı parlament) deputatları Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı ölkənin yeni Prezidenti seçiblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Beqay 78 səs qazanıb, onlardan 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları tərəfindən verilib.
Beləliklə, Albaniya Xalq Məclisi dördüncü cəhddə ölkə prezidentini seçə bilib.
Beqay ölkənin səkkizinci prezidenti olacaq və iyulun 24-də hazırkı Prezident İlir Metanın səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni icra edəcək.