Şimali Koreyanın atdığı raketlər...
3 ÖLKƏNİ AYAĞA QALDIRDI

Yaponiya, ABŞ və Koreya Respublikası hökumətlərinin yüksək rütbəli nümayəndələri telefon danışıqları aparıblar, onlar bazar günü Şimali Koreya tərəfindən həyata keçirilən növbəti raket buraxılışlarını müzakirə ediblər. 

 

Bu barədə Kyodo agentliyi məlumat yayıb .

 

Tərəflər Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq etmək niyyətini təsdiqləyiblər.

 

Danışıqlarda iştirak edənlərin adları barədə məlumat verilmir.

 

Yaponiyanın müdafiə naziri Nobuo Kişi jurnalistlərə bildirib ki, Şimali Koreya ən azı altı (bəzi məlumatlara görə isə 8-red.)  ballistik raket buraxıb: "Onların maksimal uçuş hündürlüyü 50 ilə 100 km arasında olub və Yaponiyanın müstəsna iqtisadi zonasından 300 və 400 km kənara düşüb. Onların arasında uçuş yolunu dəyişən raketlər ola bilər. Atışlar üç regionun ərazisindən həyata keçirilib: şərq sahili, qərb sahili və KXDR-in materik hissəsi. Hadisə ilə bağlı Tokio Pekindəki səfirliyi vasitəsilə Pxenyana etiraz edib".

 

Publika.az xatırladır ki, ilin əvvəlindən KXDR ondan çox silah sınağı keçirib. Sonuncu sınaq mayın 25-də baş verib, Cənubi Koreya ordusunun məlumatına görə, onda biri qitələrarası olmaqla üç ballistik raket buraxılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.