Ermənistan müxalifəti xaricdəki havadarlarından yardım istəyəcək
104 NƏFƏRLİK İSTİNTAQ QRUPU

Ermənistanda bir neçə gündür davamlı etiraz aksiyaları keçirən müxalifət fəalları xaricdəki havadarlarından yardım istəyəcək.

 

Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

 

“Ermənistan” fraksiyasının “feysbuk” səhifəsinin məlumatına görə, müxalifətin növbəti mitinqi iyunun 6-da saat 19:00-da “Fransa” meydanında baş tutacaq. “Müqavimət” hərəkatının liderlərindən biri, müxalif “Ermənistan” fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan deyib ki, hərəkat qarşıdan gələn həftəyə hazırlaşır. O əlavə edib ki, həftə Ermənistana çoxsaylı beynəlxalq nümayəndə heyətləri gələcək və bu istiqamətdə işlər aparılacaq.

 

Qeyd edək ki, iyunun 3-də İrəvanda aksiyaçılarla polislər və “qırmızı beretlilər” arasında toqquşma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən və yüngül səsli qumbaraatanlardan istifadə ediblər. Kütləvi iğtişaşların təşkili faktları ilə bağlı cinayət işi başlanıb. Araşdırma aparılması üçün 104 nəfər müstəntiqdən ibarət istintaq qrupu yaradılıb.

 

Toqquşmalar zamanı polis əməkdaşları da daxil olmaqla 60 nəfər xəsarət alıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.