Bayden ABŞ-da fövqəladə vəziyyət elan etdi
ENERJİ ÇATIŞMAZLIĞI TƏHLÜKƏSİ İLƏ ƏLAQƏDAR

ABŞ Prezidenti Co Bayden ölkədə enerji çatışmazlığı təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib.

 

“ABŞ-ın kifayət qədər elektrik enerjisi istehsal etmək imkanını təhdid edən bir neçə amil var. Bu amillərə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində enerji bazarlarında yaranan fasilələr və iqlim dəyişikliyi ilə daha da kəskinləşən ekstremal hava hadisələri daxildir", – məlumatda bildirilib.

 

Qeyd olunub ki, ABŞ günəş elektrik stansiyaları üçün modulların əksəriyyətini Cənub-Şərqi Asiyadan idxal edir, lakin son vaxtlar onları kifayət qədər miqdarda təmin edə bilmir. Buna görə də hökumət yerli günəş enerjisi istehsal imkanlarını genişləndirmək üçün bizneslərlə işləyir.

 

“Bunları nəzərə alaraq mən gözlənilən istehlakçı tələbatını ödəmək üçün kifayət qədər enerji istehsal potensialının olmaması təhlükəsi səbəbindən fövqəladə vəziyyət elan edirəm”, - Bayden bildirib.

 

 

Dövlət başçısı Asiyadan günəş panelləri idxalının rüsumlardan azad olunması müddətini də uzadıb.

 

Bununla yanaşı, o, günəş panellərinin istehsalını artırmaq üçün hərbi vəziyyət şəraitindəki səlahiyyətlərindən istifadə edib.

 

Görülən tədbirlər neft və qazın əvəzlənməsini təşviq etmək, “xarici təchizatçılar və düşmən ölkələr”dən asılılığı azaltmaq üçün nəzərdə tutulub.

 

Fərmana əsasən, ABŞ-a günəş modullarının idxalı bir il müddətinə rüsumlardan azad olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.