Türkiyənin Dənizli bölgəsində dolu və leysan çayın daşmasına səbəb olub.
Məlumatı “Haber Global” yayıb.
Bildirilir ki, Qaraçayın öz mənsəbindən çıxması nəticəsində evlər və əkin sahələri suyun altında qalıb.
Sel həmçinin heyvan təsərrüfatlarına da ziyan vurub, mal-qaranı tələf edib.
Meteoroloqların proqnozlarına görə, bölgədəki əlverişsiz hava şəraiti hələ beş gün davam edəcək.