Ermənistanda hava limanında bomba həyəcanı yaşanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, nazirliyin Böhran İdarəetmə Mərkəzinə İrəvanın Zvartnots hava limanına bomba qoyulması barədə məlumat daxil olub.
Hadisə yerinə yanğınsöndürən və xilasedicilərdən ibarət 1 ekipaj, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat qrupu, növbətçi psixoloq, xilasetmə qüvvələrinin kinoloji qrupunun cəlb edildiyi bildirilir.
Hazırda mülki müdafiə qoşunlarının mühəndis-istehkamçı dəstəsi də hava limanında işləyir.