Amerika kəşfiyyat orqanları Ukraynanın reallaşdırdığı əməliyyatlar haqqında istədiklərindən daha az məlumat əldə edirlər. Lakin Rusiya hərbi qüvvələrinin mövcud vəziyyəti, onların planlaşdırdıqları əməliyyatlar, uğur və uğursuzluqları barədə daha yaxşı informasiya toplayırlar. Hökumətlər əməliyyat təhlükəsizliyini təmin etmək üçün çox vaxt məlumatları ictimaiyyətdən gizlədirlər. Lakin ABŞ hökumətindəki bu məlumat boşluqları Bayden administrasiyasının hərbi yardımı necə yönləndirəcəyinə qərar verməsini çətinləşdirə bilər.
“The New York Times” nəşrinin yaydığı məqalədə belə deyilir.
Qeyd edilir ki, ABŞ rəsmilərinin sözlərinə görə, Ukrayna hökuməti onlara bir neçə məxfi brifinq və ya əməliyyat planları ilə bağlı təfərrüatlar əldə etmək imkanı verib və Kiyev rəsmiləri amerikalılara hər şeyi demədiklərini etiraf ediblər.
İndi ABŞ casus agentlikləri öz səylərini Rusiya kimi düşmən hökumətlər haqqında məlumat toplamağa yönəldir.
Nəşr yazır ki, Bayden administrasiyası Ukraynaya Prezidentin ötən həftə elan etdiyi raket və artilleriya sistemləri kimi yeni imkanlar təklif edib. Kiyev indi daha güclü Qərb silah sistemlərinin gəlməsini gözləyir.
ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns isə bəyan edib edib ki, Ukraynanın daha nə qədər yardım ala biləcəyini demək çox çətindir.(azvision.az)