Polşa Prezidenti Anjey Duda Moskvanın Ukraynaya hərbi müdaxiləsi fonunda Rusiya Prezidenti Vladimir Putinlə danışıqların aparılması ideyasını tənqid edib.
O, “Bild”ə müsahibəsində Almaniya kansleri Olaf Şolts da “münaqişənin həlli ancaq danışıqlar yolu ilə mümkündür” deyən Makron kimi Putindən qorxurmu sualına maraqlı şəkildə cavab verib.
“Hazırda Putinlə aparılan bütün danışıqlar məni heyrətləndirir. Xüsusən də Kansler Şolts, Prezident Emmanuel Makron... Bu söhbətlər faydasızdır. Onlar nə edirlər? Onlar ancaq Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyət daşıyan şəxsi qanuniləşdirirlər. O, (Vladimir Putin-red.) buna görə məsuliyyət daşıyır. O, oraya qoşun göndərmək qərarına gəldi. Komandirlər bu şəxsə, Vladimir Putinə tabe olurlar. İkinci Dünya Müharibəsi zamanı Adolf Hitlerlə belə danışan olubmu? Kimsə dedimi ki, Adolf Hitlerin şəxsiyəti təhqir olunmamalıdır? Elə hərəkətlər etməliyik ki, Hitleri aşağılamayaq? Mən belə şeylər eşitməmişəm!”, - deyə Polşa lideri gileyini gizlətməyib.