Türkiyə vətəndaşlarının olduğu helikopter radarlardan itib - İTALİYADA MÜƏMMALI HADİSƏ

İtaliyada göyərtəsində 7 nəfərin olduğu özəl helikopter Toskana və Emiliya-Romanya regionları arasında radarlardan itib. 

 

Bu barədə yerli ANSA agentliyi məlumat yayıb.

 

Qeyd edilir ki, Luka şəhərinin Kapannori Tassiqnano hava limanından havaya qalxan “Aqusta Koala "AW119" tipli helikopter səhər saatlarında radarlardan itib. Onun axtarışları Toskana və Emiliya-Romanya bölgələrinin sərhəd hissəsində aparılıb.

 

Məlumata görə, helikopterdə 6 əcnəbi və 1 yerli pilot olub, əcnəbilərdən 4-ü Türkiyə, 2-si Livan vətəndaşlarıdır.

 

Helikopterlə radar əlaqəsi kəsildikdən sonra başlayan axtarış-xilasetmə işlərinin gecə saatlarında dayandırıldığı və səhər saatlarında yenidən davam etdirildiyi qeyd olunur.

 

Yerli əhalinin verdiyi məlumata görə, bölgədə hava şəraiti əlverişsizdir.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.